Saturday, 2024-04-27, 11:46 PM
Azərbaycan Şəkər İstehsalat Birliyi
Main | Registration | Login Welcome Qonaq | RSS
Login form
News calendar
«  April 2024  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Search
Site friends

 

 

 

         İmişli Şəkər Zavodunda, 2008-2009 ili çuğundur alım kampaniyası  zavodda təşkil olunan açılış tədbiri ilə başladı. İmişli Şəkər Zavodunun çuğundur alım kampaniyasının başlaması münasibətilə zavodun qarşısında qurban kəsildi və əkinçilərlə görüş təşkil olundu.
      .

      Tədbirdə çoxsaylı qonaqlar iştirak etdilər. 2008-2009 çuğundur tədarük kampaniyası açılış tədbiri İmişli Şəkər Zavodunun Direktoru Esmaeil Moslemzadənin çıxışı ilə başlandı. Cənab Esmaeil Moslemzadeh çıxışında bu ilki çuğundur tədarük kampaniyası haqqında iştirakçılara geniş məlumat verərək 23 mart 2006-cı ildə açılan zavodun dörd çuğundur tədarük kampaniyasını başlatdığını bildirdi və dördüncü kampaniya müddəti təxminən 3 ay davam edərək 200 min ton çuğundurun işlənməsində 25 min ton şəkər tozunun əldə ediləcəyini qeyd etdi. Daha sonra söz alan AŞİB-AQRO MMC-in direktoru Salih Demir çıxışında “2005-ci ildən bəri dördüncü çuğundur kampanyasını qeyd edirik. Hər il keçdikcə orta məhsuldarlığımız artmaqdadır. İnanıram ki, bu il də əkinçilərimiz bol qazanc, bol məhsul əldə edəcəklər. 2005-ci ildə 1 hektar üzrə orta məhsuldarlıq 4.5 ton, 2006-cı ildə 14.5 ton, 2007-ci ildə 27 ton və bu il isə ortalama məhsuldarlığımızı 35 tona gətirmək hədəfimizdir. Arzu edirəm ki, çuğundur zəhmətkeşlərinin yayda, istilərdə çəkdiyi əziyyətlərin qarşılığını bol məhsul və çox qazancla götürsünlər.” söyləmişdir.  

 

       AŞİB AQRO MMC-nin baş mütəxəssisi Rəcəb Orucov, 2008-ci il çuğundur qəbul kampanyasının İmişli və Azərbaycan üçün xeyirli olmasını arzu edərək əkinçilərə və Şəkər zavoduna müvəffəqiyyətlər arzu etdi. İmişli rayonunun Çaxırlı kəndindən olan əkinçi Rəhimov Seyidağa bir çox Şəkər çuğunduru əkinçilərinin maddi vəziyyətinin yaxşılaşmasında şəkər çuğundurunun müsbət rol oynadığını qeyd etdi.

 

      E.Moslemzadeh, bundan sonra İmişli rayonunda çuğundur əkin sahələrinin genişlənəcəyini və insanların maddi rifahının daha da yüksələcəyini qeyd etdi.

 

     Tədbirin sonunda Şəkər Zavodunun bölgələr üzrə ilk məhsul gətirən mülkiyyətçilərinə bir kisə şəkər tozu verildi. Daha sonra kampanyanın açılışı keçirildi. Mükafat tədbirində ilk əkinçiyə mükafat verən Esmaeil Moslemzadeh tədbirdə iştirak edənlər tərəfindən böyük alqışla qarşılandı.

 

      Qəzasız bəlasız bir kampanya dövrünün keçirilməsi üçün qurbanların kəsilib duaların edildiği mərasimdə, çuğundur tədarükünün açılışı reallaşdırıldı və maşınlar tərəziyə girməyə başladı. İlk çuğundurun silolara tökülməsinin ardınca zavod istehsal fəaliyyətinə başladı.

 

AŞİB Direktor Asistanı

Ramil CƏFƏRZADƏ

 

 

Copyright MyCorp © 2024

Total online: 1
Guests: 1
Users: 0