Sunday, 2024-04-28, 5:56 PM
Azərbaycan Şəkər İstehsalat Birliyi
Main | Registration | Login Welcome Qonaq | RSS
Login form
News calendar
«  April 2024  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Search
Site friends

Adı "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC olan İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümumilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. İmişlidə 70 hektar ərazidə inşa olunan zavoda 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Gündəlik 5 min ton şəkər çuğunduru və min ton xam şəkərin emal olunduğu zavodda illik 300-350 min ton şəkər istehsal olunur.Şəkər çuğunduru becərilməsi üçün ayrılan 25 min ha ərazidə 100 min nəfər işlə təmin olunub. Rayonların sosial-iqtisadi reabilitasiyası və inkişafı üzrə Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda fəaliyyət göstərir. Azərbaycanda qurulan bu ilk Şəkər Zavodu bölgədə inkişafın başlanğıcı oldu. Bölgədə yaşayan çox saylı məcburi köçkün bu zavod ilə iş imkanı əldə etdi və gəlir səviyyəsi yüksəldi. Bu Azərbaycanı iqtisadi cəhətdən daha da irəli çəkdi. Dünya standartlarına cavab verən İmişli Şəkər Zavodunun layihə və montaj işləri Türkiyə, Ukrayna və Polşa mütəxəssislərinin nəzarəti altında azərbayacanlı mühəndis və montajçılar tərəfindən həyata keçirildi. 83 milyon ABŞ dolları həcmində sərmayəyə ev sahibliyi edən İmişli xalqı da işlərin gedişindən son dərəcə məmnundur. Yeni bir iş sahəsinə qovuşmaqla yanaşı bölgədə yaşanan yeniliklər həm iqtisadi, həm də sosial cəhətdən İmişli və qonşu rayonların inkişafına böyük təkan verdi. Azərbaycandakı sənaye və kənd təsərrüfatı sektorunun inkişafına böyük təkan verəcək olan İmişli Şəkər Zavodu ilə birlikdə irili-xırdalı bir neçə köməkçi müəssisə də fəaliyyət göstərir.

Copyright MyCorp © 2024

Total online: 1
Guests: 1
Users: 0